NQTA sədri Şahbuzda vətəndaşları qəbul edəcək

NQTA sədri Şahbuzda vətəndaşları qəbul edəcək

10 Dekabr 2025

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2025-ci ilin dekabr ayı üzrə regionlarda vətəndaş qəbulu qrafikinə uyğun olaraq, Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (NQTA) sədri Səfəralı Nəsirov dekabr ayının 16-sı saat 11:00-da Şahbuz Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşları qəbul edəcək.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, vətəndaşlar Agentliyin səlahiyyət dairəsinə aid məsələlərlə (qida məhsullarının təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarətinə dair normativ tənzimləmə, qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatı, qida təhlükəsizliyi, fitosanitar və baytarlıq sertifikatlarının verilməsi və s.) bağlı adını, soyadını, atasının adını, müraciətinin məzmununu, yaşadığı ünvanı və telefon nömrəsini göstərməklə, info@nfsa.gov.az elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya +994 (36) 545-28-83 nömrəsi ilə əlaqə saxlayaraq dekabrın 15-dək qəbula yazıla bilərlər.