Kazım Hüseynəliyev Ordubadda vətəndaşları qəbul edəcək

Kazım Hüseynəliyev Ordubadda vətəndaşları qəbul edəcək

09 Dekabr 2025

Dekabrın 19-da Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev Ordubad rayonundan olan vətəndaşları qəbul edəcək.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, qəbul saat 11:00-dan etibarən 4 saylı Ərazi Vergilər İdarəsinin Ordubad şəhər H. Əliyev prospekti 80 A ünvanında yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzinin inzibati binasında keçiriləcək.

Vətəndaşlar İqtisadiyyat Nazirliyinin (036) 544-00-60 (daxili nömrə - 128) nömrəli telefonu və info@neconomy.gov.az elektron poçt ünvanı vasitəsilə qəbula yazıla bilərlər.