Naxçıvanda bir neçə ünvanda suyun verilişində müvəqqəti fasilə yaranacaq

Naxçıvanda bir neçə ünvanda suyun verilişində müvəqqəti fasilə yaranacaq

10 Dekabr 2025

Nizami, Cəlil Məmmədquluzadə, Nəsirəddin Tusi, Vaqif Qasımov küçələrini, həmçinin Nəcməddin Naxçıvani məhəlləsini və Tumbul kəndini içməli su ilə təmin edən magistral xətdə qəza baş verib. Bu səbəbdən qeyd olunan ərazilərin bir sıra ünvanlarına içməli suyun verilməsində müvəqqəti fasilə yaranacaq.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata görə, qəzanın aradan qaldırılması istiqamətində işlər davam etdirilir və prosesin dekabrın 10-da gün ərzində tamamlanması nəzərdə tutulur. İşlər yekunlaşdıqdan sonra suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək.

Sakinlər su təchizatı ilə bağlı suallarını və müraciətlərini 7/24 fəaliyyət göstərən “545-01-93” Çağrı Mərkəzinə bildirə bilərlər.