Culfa rayonunun bəzi kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

Culfa rayonunun bəzi kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

07 Aprel 2025

110/35/10 kilovoltluq "Çeşməbasar" yarımstansiyasında ölçü transformatorlarının yoxlanılması işləri aparılacaq.

Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, bu məqsədlə 08 aprel 2025-ci il tarixində saat 10:30-dan 11:00-dək Culfa rayonunun Camaldın, Ərəzin, Kırna, Qızılca, Bənəniyar, Əbrəqunus, Saltaq, Göydərə, Əlincə, Xanəgah, Milax, Teyvaz, Ərəfsə, Ləkətağ və Boyəhməd kəndlərində elektrik enerjisinin verilişində qısa fasilə yaranacaq.