Rahid Ələkbərli Kəngərli rayonunda vətəndaşları qəbul edəcək

Rahid Ələkbərli Kəngərli rayonunda vətəndaşları qəbul edəcək

16 Aprel 2025

Naxçıvan Muxtar Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir vəzifəsini icra edən Rahid Ələkbərli aprelin 22-si  saat 10:00-da Kəngərli rayonunda nəqliyyat, telekommunikasiya, internet və poçt xidmətləri sahələrində sakinləri maraqlandıran məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.
 
Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, qəbula yazılmaq üçün Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (036) 550-99-04 və ya (010) 230-71-65 nömrəli telefonları vasitəsi ilə qeydiyyatdan keçmək olar.