Culfada yetkinlik yaşına çatmayanlarla bağlı profilaktik tədbir keçirilib -

Culfada yetkinlik yaşına çatmayanlarla bağlı profilaktik tədbir keçirilib - FOTO

09 İyun 2026

Culfa rayon Mədəniyyət  evində “Yetkinlik yaşına çatmayanlar tərəfindən və ya onlara qarşı törədilən hüquqpozmaların vaxtında qarşısının alınması və bu sahədə profilaktiki işlərin kəsərliliyinin artırılması” mövzusunda tədbir keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan Muxtar Respublikası Prokurorluğu və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə --“Yetkinlik yaşına çatmayanlar tərəfindən və ya onlara qarşı törədilən hüquqpozmaların vaxtında qarşısının alınması və bu sahədə profilaktiki işlərin kəsərliliyinin artırılması” mövzusunda tədbir keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşı Mahir Babayev giriş sözü ilə çıxış edərək mövzu ilə bağlı fikirlərini bildirib.

Tədbirdə Muxtar Respublika Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi baş ədliyyə müşaviri Faiq Səfərov , Naxçıvan MR Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Elsun Cahangirli, Culfa  rayon Təhsil Şöbəsinin müdiri Murad Hümbətov  və Culfa  rayon Polis Şöbəsinin əməkdaşı Simran Ələkbərov  mövzu ilə bağlı çıxış ediblər.

Tədbir zamanı iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.