Dövlət İmtahan Mərkəzi “Magistr” jurnalının 5-ci nömrəsini nəşr edib

Dövlət İmtahan Mərkəzi “Magistr” jurnalının 5-ci nömrəsini nəşr edib

03 İyul 2024

Dövlət İmtahan Mərkəzi (DİM) “Magistr” jurnalının 5-ci nömrəsini nəşr edib.

DİM-dən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə bildirilib ki, jurnalın bu nömrəsində 2024/2025-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına qəbul olanların siyahısı, ixtisaslaşmalar üzrə minimal keçid balları, o cümlədən dövlət sifarişi üzrə müsabiqə nəticəsində formalaşmış keçid balları və digər zəruri məlumatlar dərc olunub.

“Magistr” jurnalının 5-ci nömrəsinin elektron versiyasını (PDF formatda) www.abiturient.az saytından və ya DİM-in internet saytının “Elektron xidmətlər” bölməsində “DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı” xidməti vasitəsilə ödəniş əsasında əldə etmək olar.