Naxçıvanda payız yaşıllaşdırması üçün yeni ağac və bəzək kolları əkiləcək

Naxçıvanda payız yaşıllaşdırması üçün yeni ağac və bəzək kolları əkiləcək

08 Avqust 2025

Naxçıvan şəhərinin park və xiyabanlarında payız mövsümündə həyata keçiriləcək yaşıllaşdırma işləri çərçivəsində yeni ağac və bəzək kollarının əkilməsi planlaşdırılır.

"NAXÇIVANXƏBƏRLƏRİ" dövlət satınalmalarının həyata keçirildiyi vahid internet portalına istinadən xəbər verir ki, bu məqsədlə "Naxçıvan Yaşıllaşdırma Xidməti" tərəfindən satınalma prosesi elan edilib.

Elan olunan tenderin əsas məqsədi payız mövsümündə şəhərin müxtəlif park və xiyabanlarında yaşıllıq sahələrinin artırılması üçün lazım olan ağac və bəzək kollarının alınmasıdır.