Naxçıvana quru yolla maneəsiz keçid təmin edilməlidir

Naxçıvana quru yolla maneəsiz keçid təmin edilməlidir

08 Avqust 2025

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Vətən müharibəsindən sonra Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, Azərbaycanın əsas hissəsinin Naxçıvana quru yolla maneəsiz keçidi təmin edilməlidir.

Azərbaycanın dövlət başçısının bu tələbi də Ermənistan tərəfindən qəbul edilir. Belə ki, imzalanacaq Birgə Bəyannamədə ölkəmizin əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz gediş-gəliş təsdiq olunur.

Beləliklə, Zəngəzur dəhlizi reallaşır.