Qəyyumluqda (himayədə) olan uşaqların hansı hüquqları vardır? -

Qəyyumluqda (himayədə) olan uşaqların hansı hüquqları vardır? - HÜQUQ MƏSLƏHƏTİ

08 Avqust 2025

Sual: Qəyyumluqda (himayədə) olan uşaqların hansı hüquqları vardır?

Cavab: Azərbaycan Respublikası Ailə Məcəlləsi 139-cu maddəyə əsasən:

Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulan hallar istisna olmaqla, qəyyumluqda (himayədə) olan uşaqlar, aşağıdakı hüquqlara malikdirlər:

1. qəyyumun (himayəçinin) ailəsində tərbiyə almaq, onlardan qayğı almaq, qəyyum (himayəçi) ilə birlikdə yaşamaq;

2. onların saxlanması, tərbiyəsi, təhsili, hərtərəfli inkişafı və insan ləyaqətinə hörmət edilməsi üçün şəraitlə təmin olunmaq;

3. onlara düşən pensiya, müavinət, aliment və s. sosial ödənişləri almaq;

4. yaşadıqları ev (mənzil) üzərində mülkiyyət hüququnu və ya ondan istifadə etmək hüququnu saxlamaq, ev (mənzil) olmazsa, mənzil qanunvericiliyinə uyğun mənzil almaq;

5. Ailə  Məcəlləsinin 51-ci maddəsinə uyğun qəyyumun (himayəçinin) sui-istifadə hərəkətlərindən müdafiə olunmaq;

6. Ailə  Məcəlləsinin 50-ci və 52-ci maddələri ilə nəzərdə tutulmuş hüquqlardan istifadə etmək.

Sualı cavablandırdı: Şahbuz  rayon prokurorunun köməkçisi, III dərəcəli hüquqşünas - Yaqub Salamzadə