İcarə müqaviləsi nədir və predmetinə nələr daxildir? -

İcarə müqaviləsi nədir və predmetinə nələr daxildir? - HÜQUQ MƏSLƏHƏTİ

06 Avqust 2025

Sual: İcarə müqaviləsi nədir və predmetinə nələr daxildir?

Cavab: Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.

Sualı cavablandırdı: Sədərək rayon prokurorunun köməkçisi, I dərəcəli hüquqşünas - Rəmzi Həsənov