Naxçıvanda növbəti günlərdə küləkli hava gözlənilir
Azərbaycanın bəzi bölgələrində iyunun 17-18-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Belə ki, Tovuz, Gəncə, Mingəçevir, Qazax, Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Kəlbəcər, Naftalan, Sabirabad, Salyan, Şirvan, Qobustan, Neftçala, Naxçıvan MR-da sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək.
Küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.








