Naxçıvanlı İbrahim Nəsrin Bakı Beynəlxalq Festivalının ən balaca iştirakçısı seçilib -

Naxçıvanlı İbrahim Nəsrin Bakı Beynəlxalq Festivalının ən balaca iştirakçısı seçilib - FOTO

16 İyun 2026

Bakıda keçirilən “Gimnastika hamı üçün” 4-cü Bakı Beynəlxalq “Challenge” Festivalında Naxçıvan təmsilçiləri uğurlu nəticələr əldə ediblər.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, 13-14 iyun tarixlərində Fəvvarələr meydanında təşkil olunan festivalda Naxçıvanı təmsil edən “African Echo” komandası “Ən yaxşı kostyum” nominasiyasının qalibi olub.

Festivalın diqqətçəkən iştirakçılarından biri də Naxçıvanlı balaca gimnast İbrahim Nəsrin olub. O, festivalın ən balaca iştirakçısı nominasiyasına layiq görülüb.

İbrahim Nəsrinin çıxış etdiyi “Ladybug” komandası isə performans üzrə II yerə layiq görülərək festivalı uğurla başa vurub.

Qeyd edək ki, festivalda Azərbaycanla yanaşı Türkiyə, Gürcüstan və Litvadan olan komandalar iştirak ediblər. Tədbirə ümumilikdə 900-ə yaxın iştirakçı və 60 komanda qatılıb.