İşgüzar adət nədir? -

İşgüzar adət nədir? - HÜQUQ MƏSLƏHƏTİ

12 İyun 2026

Sual: İşgüzar adət nədir?

Cavab: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 10-cu maddəsinə görə sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilib-edilmədiyindən asılı olmayaraq, işgüzar adət sayılır. Qanunvericiliyə və ya müqaviləyə zidd olan işgüzar adətlər tətbiq edilmir.

Sualı cavablandırdı: Şərur rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajor - Nazlı İsmayılzadə