Ədliyyə orqanlarında qulluğa qəbulla  bağlı müsabiqənin vaxtı uzadılıb

Ədliyyə orqanlarında qulluğa qəbulla bağlı müsabiqənin vaxtı uzadılıb

04 Sentyabr 2025

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən ali hüquq təhsili tələb olunan vakant vəzifələrin tutulması üçün 4 iyul 2025-ci il tarixdə elan edilən işə qəbulla bağlı müsabiqədə iştirak üçün sənəd qəbulunun müddəti 30 sentyabr 2025-ci il tarixədək uzadılıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsində nəzərdə tutulmuş tələblərə cavab verən, ali hüquq təhsilli Azərbaycan Respublikası vətəndaşları müsabiqədə iştirak edə bilərlər. Müsabiqədə iştirak etmək istəyən şəxslər nazirliyin “njustice.gov.az” saytının “qulluğa qəbul” bölməsində yerləşdirilən ərizə formasını doldurmaqla nazirliyin elektron ünvanına göndərə və ya şəxsən müraciət etməklə həyata keçirə bilərlər.

Qeyd edək ki,  müsabiqənin birinci mərhələsi – test imtahanından uğur qazanmış namizədlərin digər zəruri sənədlərinin toplanılması və yoxlanılması bu mərhələdən sonra həyata keçiriləcək və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər ikinci mərhələyə - söhbət mərhələsinə buraxılacaqlar. Müsabiqədə iştirak etmək arzusunda olan şəxslər imtahana hazırlıqla bağlı nazirliyin internet səhifəsinin (njustice.gov.az) “qulluğa qəbul” bölməsində yerləşdirilən “Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı test imtahanı və söhbət mərhələsində sualların hazırlanmasında istifadə olunan normativ hüquqi aktlardan yararlana bilərlər.