Şərur rayonunda elektrik enerjisi verilişində fasilə olacaq

Şərur rayonunda elektrik enerjisi verilişində fasilə olacaq

05 Sentyabr 2025

Sentyabrın 5-də “Azərişıq” ASC-nin Naxçıvan RETSİ tərəfindən 2025–2026-cı illər payız-qış mövsümünə hazırlıq məqsədilə təsdiq olunmuş tədbirlər planına uyğun olaraq təmir-bərpa işləri aparılacaq.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu səbəbdən saat 17:00-dan 18:00-dək Şərur rayonunun Alışar, Xələc, Muğanlı və Qorçulu kəndlərində elektrik enerjisi verilişində fasilə yaranacaq.

Qeyd edək ki, enerji təchizatı sistemlərinin gücləndirilməsi və texniki baxışların həyata keçirilməsi çərçivəsində müxtəlif ünvanlarda elektrik xətlərində və yarımstansiyalarda mərhələli təmir işləri nəzərdə tutulub.