Naxçıvan şəhərinin bəzi məhəllələrində elektrik enerjisinin verilişində fasilə olacaq

Naxçıvan şəhərinin bəzi məhəllələrində elektrik enerjisinin verilişində fasilə olacaq

05 Sentyabr 2025

"Azərenerji" ASC-nin "Naxçıvan Muxtar Respublikasının Elektroenergetika Strategiyasının “2025-2027-ci illər üzrə Reabilitasiya və Yenidənqurma Tədbirləri” çərçivəsində 110/35/10 kilovoltluq “Naxçıvan” yarımstansiyasında görülən işlərlə əlaqədar həmin yarımstansiyadan qidalanan 35 kilovoltluq “Xətai” hava elektrik verilişi xətti sifarişə əsasən  açılacaq.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, sentyabrın 6-sı saat 05:30-dan 07:00-a qədər Naxçıvan şəhərinin Xətai, 48, 20, 21, 35 və 52-ci məhəllələrində elektrik enerjisinin verilişində qısa müddətli fasilə yaranacaq.