Əli Əsədov Gürcüstan səfirliyində başsağlığı verib - FOTO
Azərbaycanın Baş naziri Əli Əsədov Gürcüstanın Azərbaycandakı səfirliyində başsağlığı verib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Ə.Əsədov səfirliyə gedərək Bütün Gürcüstanın Katalikos-Patriarxı, görkəmli din xadimi II İliya həzrətlərinin vəfatı ilə əlaqədar başsağlığı kitabına ürək sözlərini qeyd edib.










