Əmək Məcəlləsinin tələblərinə əməl olunmasına nəzarəti hansı orqanlar həyata keçirir? -

Əmək Məcəlləsinin tələblərinə əməl olunmasına nəzarəti hansı orqanlar həyata keçirir? - HÜQUQ MƏSLƏHƏTİ

23 May 2025

Sual: Əmək Məcəlləsinin tələblərinə əməl olunmasına nəzarəti hansı orqanlar həyata keçirir?

Cavab: İşəgötürənlər, işçilər, icra hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər tərəfindən Əmək Məcəlləsinin, eləcə də bütövlükdə əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların dürüst və eyni cür tətbiq edilməsinə, onların tələblərinin düzgün yerinə yetirilməsinə nəzarəti öz səlahiyyətləri daxilində prokurorluq orqanları, habelə səlahiyyəti Əmək Məcəlləsinin 15-ci maddəsi ilə (Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanlar) müəyyən edilmiş müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.

Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov