Emin Əmrullayev: Bütün müəllimlər sertifikasiyadan keçib
Artıq bütün müəllimlər sertifikatlaşdırma imtahanlarından keçib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma: səriştəli müəllim - keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, 2022-2026-cı illəri əhatə edən prosesdə 104 435 müəllim iştirak edib:
"Demək olar bütün məüllimlər ən azı 1 dəfə sertifikatlaşdırma prosesinə cəlb olunub. Bu gün 5 müəllimdən biri yeni müəllimdir".
Nazir əlavə edib ki, imtahanlarda uğur qazanmış təxminən 60 818 müəllimin əməkhaqqısına 10 %, yüksək nəticə göstərmiş 30 590 müəllimin əməkhaqqısına isə 35 % əlavə edilib:
"Ümumilikdə 91 408 müəllimin əməkhaqqısına əlavələr edilib. Hər iki cəhddə uğur qazana bilməyən 9 334 müəllimin əmək müqaviləsinə xitam verilib".








