Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edilib -

Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edilib - FOTO

11 İyul 2025

2025-ci il 6–16 iyul tarixlərində Fransanın paytaxtı Paris şəhərində UNESCO-nun Baş Qərargahında Dünya İrsi Komitəsinin 47-ci sessiyası keçirilir. Sessiyanın gündəliyinə uyğun olaraq, 11 iyul tarixində Dünya İrsinin İlkin Siyahısına təqdim olunan nominasiya fayllarının müzakirəsi aparılıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Azərbaycan tərəfindən təqdim olunmuş “Qədim Qəbələ şəhəri” və “Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi” UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edilib.

Qeyd edək ki, Ordubad rayonu ərazisində, Zəngəzur silsiləsinin suayırıcı hissəsində, 3725 metr yüksəklikdə yerləşən Gəmiqaya, Azərbaycan mədəniyyətinin ən qədim nümunələrindən biridir. Bu ərazi Tunc dövrünün müxtəlif mərhələlərinə, Dəmir dövrünə və Orta əsrlərə aid zəngin qayaüstü təsvirlərlə diqqət çəkir.