
Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyində görüş keçirilib
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyin əməkdaşları ilə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyində keçirilən görüş çərçivəsində ölkənin analoji qurumundakı müxtəlif fəaliyyət istiqamətləri üzrə inteqrasiya olunması barədə müzakirələr aparılıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin vahid komissiyası tərəfindən nazirliyin tabeliyində fəaliyyət göstərən uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə mərkəzləşdirilmiş qaydada şagird qəbulu imtahanları keçirilməsi görülən işlərin əsas prioritetlərindən biridir.
Əlavə olaraq İMES (İncəsənət məktəblərinin elektron sistemi) sisteminin təkmilləşdirilməsi musiqi təhsili müəssisələri, məktəbdə tədris aparan müəllimlər və təhsil alan şagirdlər barədə məlumatların vahid bazada yerləşdirilməsi, məlumatların əlçatanlığının təmin edib.
Qeyd olunub ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Yaradıcı Mərkəzin fəaliyyətinin Muxtar Respublikada da təmin edilməsi istiqamətində işlərə başlanılması planlaşdırılır.
Bundan basqa Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin sistemindəki uşaq musiqi və incəsənət məktəblərində çalışan müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsi məqsədilə keçiriləcək attestasiya barədə qarşılıqlı fikir mübadilələri aparılıb, ölkə təcrübəsinin Muxtar Respublikada tətbiqi müzakirə olunub.