
“Haber Global” Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərin XI iclası haqqında geniş sujet hazırlayıb - VİDEO
“Haber Global” Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin XI iclası haqqında sujet hazırlayıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, sujetdə sözügedən tədbirlərin enerji təhlükəsizliyinə həsr olunduğu diqqətə çatdırılıb.
Bildirilib ki, enerji təhlükəsizliyinin müzakirəsi dünyada Cənub Qaz Dəhlizinin önəmini olduqca artırıb.
“Bu layihə üzərində işlərə çoxdan başlanılıb. Ancaq Rusiya-Ukrayna müharibəsi Cənub Qaz Dəhlizinin nə qədər əhəmiyyətli bir layihə olduğu tam ortaya çıxardı”, - deyə əlavə olunub.
Məlumatda vurğulanıb ki, hazırda Cənub Qaz Dəhlizinin genişləndirilməsi müzakirə mövzusudur:
“Tədbirdə Rusiya-Ukrayna müharibəsi fonunda Avropaya gedən qaz xətlərindəki təhlükəsizliyə diqqət çəkildi. Bu nöqtədə Cənub Qaz Dəhlizi böyük alternativ kimi görünür. Ona görə də onun genişləndirilməsi müzakirə edilir”.
O da qeyd edilib ki, Bakıda keçirilən iki iclasda (Digəri Yaşıl Enerji Məşvərət Şurası nazirlərin III iclasıdır - red) ümumilikdə 24 ölkə, 7 beynəlxalq maliyyə təşkilatı və 42 enerji şirkəti iştirak edir.