Naxçıvanda vergi daxilolmaları 10 faiz artıb

Naxçıvanda vergi daxilolmaları 10 faiz artıb

11 Aprel 2025

2025-ci ilin yanvar-mart ayları ərzində Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 50,3 milyon manat vergi daxil olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 10 faiz və ya 4,6 milyon manat çoxdur.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, ödənilən vergilərin 63,8 faizi qeyri-dövlət sektorunun, 36,2 faizi isə dövlət sektorunun payına düşüb.