Heydər Əliyev adına Hərbi İnstitutda konfrans keçirilib

Heydər Əliyev adına Hərbi İnstitutda konfrans keçirilib

09 Aprel 2026

Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutda “Kursant Hərbi Elmi Cəmiyyətinin 21-ci Konfransı” keçirilib. 

Bu barədə  "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Müdafiə Nazirliyindən məlumat verilib.

Konfransda institutun zabitləri, professor-müəllim heyəti, kursantları, Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinin tələbələri, Daxili İşlər Nazirliyinin Polis Akademiyasının, Dövlət Təhlükəsizlik Xidmətinin Heydər Əliyev adına Akademiyasının, Dövlət Sərhəd Xidmətinin, Daxili Qoşunların Hərbi İnstitutunun və Dövlət Gömrük Komitəsinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Şəhidlər xiyabanları ziyarət edilərək şəhidlərin məzarları önünə gül dəstələri düzülüb. Daha sonra Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Konfransda qeyd olunub ki, bütün sahələrdə olduğu kimi, hərbi təhsil sistemində də elmi-tədqiqata işinə maraq güclənib.

Kursant Hərbi Elmi Cəmiyyətinin strateji məqsədi elmi düşüncəyə malik, analitik təhlil aparma və innovativ yanaşma bacarığına malik peşəkar zabitlərin hazırlanmasına, kursantların elmi-tədqiqat fəaliyyətinə cəlb olunmasına, nəzəri biliklərinin praktiki tətbiqinə, müasir texnologiyalar və hərb elminin mənimsənilməsinə, həmçinin kursantların elmi rəhbərlərlə birgə yaradıcılıq mühitinin inkişafına fayda verməkdir.

Konfransda çıxış edən kursantlara və onların elmi rəhbərlərinə institutun rəhbərliyi tərəfindən fəxri fərmanlar təqdim olunub.

Yekunda qonaqlar üçün Hərbi İnstitutun ərazisindəki Muzey və İdeoloji Mərkəzin ziyarəti təşkil edilib.