Ali Məclisin Hüquq siyasəti  komitəsinin iclası keçirilib

Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası keçirilib

09 Aprel 2026

Aprelin 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Hüquq siyasəti komitəsinin iclası keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, komitə sədri Əjdər Əliyev iclasın gündəliyinin birinci oxunuşda olan “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” və “Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun ləğv edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının qanun layihələrinin müzakirəsi olduğunu bildirib.

İclasda qanun layihələri haqqında Ali Məclis Aparatının Qanunvericilik və hüquq məsələləri şöbəsinin müdir müavini Tofiq Rəcəbli məlumat verib.

Gündəlikdə duran məsələlərlə bağlı müzakirələr aparıldıqdan sonra qanun layihələri Ali Məclisin plenar iclasında müzakirəsinə tövsiyə olunub.