İlham Əliyev Davosda İraq Kürdüstan Regionunun Baş naziri ilə görüşüb -

İlham Əliyev Davosda İraq Kürdüstan Regionunun Baş naziri ilə görüşüb - FOTO

20 Yanvar 2026

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda İraq Kürdüstan Regionunun Baş naziri Məsrur Bərzani ilə görüşüb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Məsrur Bərzani İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzaninin salamlarını Prezident İlham Əliyevə çatdırıb.

Salamlara görə minnətdarlığını bildirən dövlət başçısı onun da salamlarını Neçirvan Bərzaniyə çatdırmağı xahiş edib.

Söhbət zamanı Məsrur Bərzaninin Azərbaycana səfərləri və Prezident İlham Əliyevlə görüşləri məmnunluqla xatırlanıb.

Görüşdə iqtisadi, ticari, mədəni, humanitar əlaqələrin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldı, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.