İlham Əliyev: Resurslarımız iqtisadi nailiyyətlərimizi artırmağa və insanların həyat səviyyəsini yaxşılaşdırmağa imkan verib
Uzun illər ərzində bizim üçün əsas prioritet enerji sektoru olub. Çünki resurslarımız bizə iqtisadi nailiyyətlərimizi artırmağa və insanların həyat səviyyəsini yaxşılaşdırmağa imkan verib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunları Azərbaycan Prezidenti İlham Əliyev Davos Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində "Azərbaycan rəhbərliyi ilə səhər yeməyi" adlı tədbirdə müxtəlif ölkələri təmsil edən biznes nümayəndələrinin suallarının cavabında deyib.
Bu gün enerji layihələrinin böyük hissəsinin artıq tamamlandığını vurğulayan dövlətimizin başçısı bildirib: "Biz fəaliyyətimizi davam etdiririk və beynəlxalq bazarlara təqdim edəcəyimiz daha çox imkanlarımız olacaq. Lakin əsas prioritet artıq qeyri-enerji sektoru, yəni neft və qazdan kənar sahələrdir".








