Naxçıvanda nəqliyyat sektorunda yük və sərnişin daşınması artıb

Naxçıvanda nəqliyyat sektorunda yük və sərnişin daşınması artıb

21 Yanvar 2026

2025-ci ildə Naxçıvan Muxtar Respublikasında nəqliyyat sektorunda 7,2 milyon ton yük daşınıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Muxtar Respublikanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu göstərici 2024-cü illə müqayisədə 1% çoxdur.

Eyni zamanda hesabat ilində muxtar respublikanın nəqliyyat sektorunda 48,012 milyon sərnişin daşınıb.

Bu isə 2024-cü ildəki göstəriciyə nisbətən 1,3% çoxdur.