İnzibati məhkəmə qərarından apellyasiya şikayəti necə verilir? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan apellyasiya şikayəti hansı qaydada verilə bilər?
Cavab: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən, məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə apellyasiya şikayəti verilə bilər.
Şikayətdə mübahisələndirilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından və ya qərardadından verilmiş şikayət əsaslandırılmadığı halda, şikayətin təqdim edildiyi gündən 30 gün ərzində onun əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.
Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
Sual Sədərək rayon prokurorunun köməkçisi, I dərəcəli hüquqşünas Rəmzi Həsənov tərəfindən cavablandırıldı.








