İranın Bakıdakı səfirliyi Azərbaycandakı vətəndaşlarına müraciət edib
İranın Bakıdakı Səfirliyi İranda baş verən hadisələrlə bağlı Azərbaycandakı İran vətəndaşlarına müraciət edib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, müraciətdə İranın hücumlara məruz qaldığı vurğulanıb:
"İranın Azərbaycandakı Səfirliyi həmvətənləri sakitliyi və təmkinliyi qorumağa çağırır. Səfirliyin bütün strukturlarının, o cümlədən konsulluq şöbəsinin gündəlik fəaliyyəti normal qaydada davam etdirilir".








