Ramazanın 11-ci gününün duası -

Ramazanın 11-ci gününün duası - imsak və iftar vaxtı

28 Fevral 2026

Sabah Ramazan ayının on birinci günüdür.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, Naxçıvanda mart ayının 1-də imsak vaxtı saat 06:07-də,iftar vaxtı isə saat 19:05-dədir.

Ramazan ayının 11-ci gününün duası:

“Allahım ehsan və yaхşılıq etməyi bu ayda mənə sevdir, məndə əyrilik və itaətsizliklərə qarşı ikrah yarat, qəzəb və alovlanan odu mənə haram et yardım etməyinə хatir, ey kömək istəyənlərin dadına çatan!”

İftar duası:

“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”

Allah orucunuzu qəbul etsin!

 Qeyd:Babək və Şahbuz rayonları Naxçıvan şəhəri ilə eyni saat qurşağındadır.

Ordubad rayonu – Naxçıvan şəhərindən 2 dəqiqə əvvəl

Culfa rayonu – Naxçıvan şəhərindən 1 dəqiqə əvvəl

Kəngərli rayonu – Naxçıvan şəhərindən 1 dəqiqə sonra

Şərur rayonu – Naxçıvan şəhərindən 2 dəqiqə sonra

Sədərək rayonu – Naxçıvan şəhərindən 3 dəqiqə sonra

Martın 20‑si Fitr (Ramazan) bayramıdır. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 20‑si və 21‑i Azərbaycanda Ramazan bayramı kimi qeyd olunacaq