
MDB-də ortaq ölçü vahidlərinin təmininə dair Qanun layihəsi müzakirə edilib
MDB iştirakçısı olan dövlətlərin, o cümlədən Azərbaycanın standarlaşdırma, metrologiya və sertifikatlaşdırma orqanları nümayəndələrinin iştirakı ilə Birlik məkanında ortaq ölçü vahidlərinin təmininə dair nümunəvi Qanun layihəsi müzakirə edilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" MDB İcraiyyə Komitəsinin məlumatına istinadla xəbər verir ki, onlayn formatında keçirilən iclas iştirakçıları qarşıya hüquqi və fiziki şəxslərin hüquq və mənafelərini qeyri-mümkün ölçmə nəticələrinin mənfi nəticələrindən qorumaq və ölçü vahidləri vasitəsilə dövlət orqanları arasında münasibətləri tənzimləmək, ölçmələrin vahidliyini təmin etmək, hüquqi münasibətlərin tənzimlənməsi sahəsində Birliyə üzv dövlətlərin normativ-hüquqi bazalarını bir araya gətirmək məqsədlərini qoyublar. Bu məqsədlə standart nümunələri və ölçmə vasitələri, milli qurumlardan əvvəllər verilmiş təklif və iradlar nəzərə alınmaqla yenidən işlənmiş “Ölçmələrin vahidliyinin təmin edilməsi haqqında” nümunəvi Qanun layihəsinə baxılıb və onun müddəaları müzakirə edilib.
İclas iştirakçıları əsas konsepsiyalarla bağlı milli qurumlardan bəzi təklifləri qəbul ediblər. İclasda, həmçinin nümunəvi Qanun layihəsinin “Standart nümunələrə dair tələblər”, “Ölçmə vasitələrinə dair tələblər”, “Qablaşdırmada olan malların miqdarına dair tələblər”, “Ölçmələrin vahidliyinin təmin edilməsi sahəsində dövlət tənzimləmə formaları”, “Standart nümunələrinin və ya ölçmə vasitələrinin növlərinin təsdiqi”, “Ölçmə vasitələrinə dair tələblər”, “Ölçü ölçmə vasitələrinin növlərinin təsdiqi”, “Ölçmə vasitələrinin standartlaşdırılması” və metroloji nəzarət”, “Dövlət regional (rayon, ərazi) metrologiya mərkəzləri”, “Metroloji xidmətlər” maddələri üzrə razılaşdırılmış variantlar qəbul edilib. Razılaşdırılmayan təkliflərlə bağlı isə nümunəvi Qanun layihəsinə yenidən baxılması və onun Metrologiya üzrə Elmi-Texniki Komissiyasının Metrologiya sahəsində əsas sənədlər üzrə işçi qrupunun növbəti iclasında əlavə müzakirəyə çıxarılması üçün əlavə təkliflərin təqdim edilməsi tövsiyə edilib.