Məcnun Məmmədov: "Ət, süd, buğda və kartof istehsalında qarşımızda çağırışlar durur"
Azərbaycanda ət, süd, buğda və kartof istehsalında hələ də qarşıda çağırışlar durur.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə bildirib.
Nazir vurğulayıb ki, meyvə və tərəvəz toplam istehsalın 27 %-ni təşkil etdiyi halda, onların toplam əkin sahəsindəki payı cəmi 14 %-dir: "Dənli və paxlalı bitkilər, yem bitkiləri isə əkin sahəsinin toplam 74 %-ni tutduğu halda, ümumi istehsalın toplam 11 %-ni təşkil edir.
Eyni zamanda, özünütəminetmə səviyyəsi ilə bağlı biz hazırda Siz də çıxışınızda qeyd etdiyiniz kimi, meyvə-tərəvəz, həmçinin yumurta istehsalında 100 %-in üstündə olduğumuz halda, digər istiqamətlərdə - ət, süd, buğda və kartof istehsalında hələ də qarşımızda çağırışlar durur. Sizin tapşırığınıza əsasən bunların 100 % təminatına nail olmaq üçün əlimizdən gələni edəcəyik".








