Milli Məclisə Aralıq Dənizi Parlament Assambleyasında müşahidəçi statusu verilib
Azərbaycan Milli Məclisinə Aralıq Dənizi Parlament Assambleyasında müşahidəçi statusu verilib.
Milli Məclisdən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə bildirilib ki, bununla bağlı Aralıq Dənizi Parlament Assambleyasının üzv və tərəfdaş olan parlamentlərin sədrlərinin mayın 7-də keçirilən 1-ci Sammiti çərçivəsində mərasim təşkil olunub.
Sammitdə çıxış edən spiker Sahibə Qafarova Milli Məclisə təşkilatda müşahidəçi statusunun verilməsi ilə bağlı qərara görə təşəkkür edib və onu yüksək qiymətləndirib.
O deyib ki, Assambleyada iştirak üzv parlamentlərlə əlaqələrin daha da gücləndirilməsi və inkişaf etdirilməsi üçün yeni geniş imkanlar yaradır.








