Milli Məclisin yaz sessiyasının ilk komitə iclasının vaxtı açıqlanıb

Milli Məclisin yaz sessiyasının ilk komitə iclasının vaxtı açıqlanıb

12 Yanvar 2026

Milli Məclisin 2026-cı il yaz sessiyasının ilk komitə iclası yanvarın 16-da keçiriləcək.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, parlamentin yaz sessiyası Regional məsələlər komitəsinin iclası ilə başlayacaq.

Komitə iclasının gündəliyinə 2025-ci ilin payız sessiyası dövründə komitədə görülən işlər barədə hesabat və yaz sessiyası üçün iş planının layihəsi daxil edilib.