Şəhid ailəsi üzvü vəsiqəsi alan şəxslərin sayı açıqlanıb
Keçən il 2 092 şəxsə şəhid ailəsi üzvü vəsiqəsi verilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Dost tv-nin canlı efirində deyib.
Onun sözlərinə görə, ötən il şəhid ailələri, əlilliyi olan şəxslər və digər bu kateqoriyadan olan 1 619 şəxsə sanatoriya-kurort göndərişi verilib.
"Vətəndaşlar növbəlilik qaydasında sanatoriya-kurort göndərişi veriləcək. Bu proses elektronlaşdırılıb, hər kəs öz növbəsini görə bilər. Qaydalarda hazırda heç bir dəyişiklik yoxdur".








