Müxtəlif ölkələrin rəsmi şəxsləri, qurumları və beynəlxalq təşkilatlar İranın Naxçıvana dron hücumunu pisləyib

Müxtəlif ölkələrin rəsmi şəxsləri, qurumları və beynəlxalq təşkilatlar İranın Naxçıvana dron hücumunu pisləyib

08 Mart 2026

İranın Azərbaycan ərazisinə dron hücumu həyata keçirməsi müxtəlif ölkələrin rəsmi şəxsləri və qurumlar, həmçinin beynəlxalq təşkilatlar tərəfindən qınanılıb, məsələ ilə bağlı bəyanatlar yayımlanıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" 52 ölkə və səkkiz beynəlxalq təşkilatın İranın Naxçıvana dron hücumları ilə bağlı Azərbaycana dəstək mövqeyini təqdim edir:


Ölkə / Qurum
Rəsmi şəxs və qurumların mövqeləri
1
Albaniya
Albaniya Prezidenti Bayram Beqay Prezident İlham Əliyevlə zəng edərək İranın pilotsuz uçuş aparatları ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikasına hücumunu qınadığını bildirib. Baş nazir Edi Rama isə "X" hesabındakı paylaşımında Azərbaycana dəstəyini ifadə edib.
2
Almaniya
Almaniyanın Azərbaycandakı səfirliyinin "X" hesabındakı paylaşımında İranın Naxçıvana dron hücumu pislənib.
3
Amerika Birləşmiş Ştatları
ABŞ Dövlət Departamenti bəyanat yayaraq İranın Azərbaycana qarşı səbəbsiz PUA hücumunu qətiyyətlə pisləyib və qəbuledilməz adlandırıb.
4
Avstriya
Avstriyanın Avropa və beynəlxalq məsələlər üzrə federal naziri Beate Maynl-Rayzinger xarici işlər naziri Ceyhun Bayramova zəng edərək həmrəyliyini bildirib.
5
Belarus
Belarusun Baş naziri Aleksandr Turçin azərbaycanlı həmkarı Əli Əsədovla, xarici işlər naziri Maksim Rıjenkov isə Ceyhun Bayramovla telefon danışığında İranın dron hücumu ilə bağlı narahatlıqlarını dilə gətiriblər.
6
Belçika
Belçika Baş nazirinin müavini, xarici işlər naziri Maksim Prevot İranın Naxçıvana dron hücumu təşkil etməsinə "X" hesabında münasibət bildirib və şiddətlə qınayıb.
7
Bəhreyn
Bəhreyn Xarici İşlər Nazirliyi bəyanat yayaraq İranın həm Azərbaycan, həm də Türkiyəyə hücumlarənə , beynəlxalq hüququn normaların kobud şəkildə pozulması adlandırıb.
8
Birləşmiş Ərəb Əmirlikləri
BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Prezident İlham Əliyevlə telefon danışığı zamanı İranın PUA ilə Azərbaycan ərazisinə hücumunu pisləyib.
9
Bolqarıstan
Bolqarıstan XİN başçısı azərbaycanlı həmkarı Ceyhun Bayramova zəng edərək İranın hücumlarını pisləyib, vəziyyətlə bağlı narahatlığını ifadə edib.
10
Bosniya və Herseqovina
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Jelka Tsviyanoviç Prezident İlham Əliyevə ünvanlandığı məktubda İranın hücumlarını qəbuledilməz adlandıraraq Azərbaycanla həmrəy olduğunu qeyd edib.
11
Böyük Britaniya
Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld "X" hesabında etdiyi paylaşımda İranın Naxçıvana dron hücumlarını pisləyib.
12
Çexiya
Çexiyanın Azərbaycandakı səfirliyi də sosial media hesabındakı paylaşımında Naxçıvana qarşı hücumların qəbuledilməz olduğunu bildirib.
13
Efiopiya
Efiopiyanın Baş naziri Abiy Əhməd Əli Prezident İlham Əliyevlə telefon danışığında İranın hava hücumunu qınadığını vurğulayıb.
14
Ermənistan
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ceyhun Bayramovla telefon danışığında regionda gərginliyin artmasının qarşısını almağın vacibliyini qeyd edib.
15
Estoniya
Estoniyanın xarici işlər naziri Marqus Tsaxna Azərbaycana dəstəyini "X" sosial şəbəkəsində etdiyi paylaşımda bildirib.
16
Əlcəzair
Əlcəzair Xalq Demokratik Respublikasının dövlət naziri, xarici işlər və xaricdəki milli icma və Afrika məsələləri naziri Əhməd Attaf Ceyhun Bayramovla telefon danışığında Azərbaycanla həmrəy olduqlarını deyib.
17
Finlandiya
Finlandiyanın Azərbaycandakı səfirliyi İranın Naxçıvanın mülki hava limanı infrastrukturuna dron hücumlarını qətiyyətlə pisləyib.
18
Fransa
Fransa XİN bəyanat yayaraq Naxçıvan aeroportuna edilən dron hücumunu qətiyyətlə pisləyib.
19
Gürcüstan
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Prezident İlham Əliyevlə, XİN rəhbəri Maka Botçorişvili isə Ceyhun Bayramovla telefon danışığı zamanı İranın hücumlaırnı pisləyiblər.
20
Xorvatiya
Xorvatiyanın xarici işlər naziri Qordan Qrliç-Radman "X" hesabında İranın hücumlarını pisləyərək Azərbaycanla həmrəy olduqlarını bildirib.
21
İordaniya
İordaniyanın XİN başçısı Ayman Əl-Səfadi Ceyhun Bayramovla telefon danışığında regional təhlükəsizliyin qorunmasının vacibliyini vurğulayıb.
22
İspaniya
İspaniya XİN "X" hesabında paylaşım edərək İranın Türkiyə və Azərbaycana qarşı son hücumlarını kəskin şəkildə pisləyib.
23
İsrail
İsrailin XİN rəhbəri Gideon Saar Ceyhun Bayramovla telefon danışığında İranın hücumu qəbuledilməz adlandırıb.
24
İsveç
İsveçin Azərbaycandakı səfirliyi bəyanat yayaraq İranın Naxçıvana dron hücumlarını pisləyib.
25
İtaliya
İtaliyanın Baş nazirinin müavini və XİN rəhbəri Antonio Tayani Ceyhun Bayramovla telefon danışığında baş verən hadisələrlə bağlı narahatlığını ifadə edib.
26
Küveyt
Küveyt XİN İranın Türkiyə və Azərbaycanı hədəf almasını qətiyyətlə pisləyib.
27
Qazaxıstan
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev İranın Naxçıvan şəhərindəki hava limanına pilotsuz uçuş aparatları ilə hücumunu qətiyyətlə pisləyib, Prezident İlham Əliyev ona dəstəyinə görə təşəkkür edib.
28
Qətər
Qətər XİN bəyanat yayaraq Naxçıvan Beynəlxalq Hava Limanının İran PUA-ları ilə hədəfə alınmasını düşmənçilik hərəkəti kimi qiymətləndirib.
29
Qırğızıstan
Qırğızıstanın XİN rəhbəri Ceenbek Kulubayev Ceyhun Bayramovla telefon danışığında Azərbaycan ərazisinə dron hücumlarının narahatlıq doğurduğunu bildirib.
30
Latviya
Latviya Prezidenti Edqars Rinkeviçs Prezident İlham Əliyevlə, XİN rəhbəri Baiba Brajen isə Ceyhun Bayramov ilə telefon söhbəti zamanı İranın hücumunu qətiyyətlə pislədiklərini bildiriblər.
31
Litva
Litvanın xarici işlər naziri Kestutis Budris Ceyhun Bayramovla telefon danışığında Naxçıvana dron hücumlarını pisləyib, Azərbaycanla həmrəyliyini bildirib.
32
Liviya
Liviya Prezident Şurasının sədri Məhəmməd Yunis Əl-Mənfi Prezident İlham Əliyevlə telefon danışığında İranın hava hücumunu qınayıb.
33
Macarıstan
Macarıstanın Baş naziri Viktor Orban Prezident İlham Əliyevlə telefon danışığında İranın hücumunu qınadığını vurğulayıb, Azərbaycana hər cür dəstək göstərməyə hazır olduqlarını diqqətə çatdırıb.
34
Mərakeş
Mərakeşin XİN başçısı Nasser Bourita Ceyhun Bayramovla telefon danışığında Azərbaycanın ərazisinə dron hücumlarını pisləyib.
35
Misir
Misirin xarici işlər naziri Bədr Əbdülati Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasla baş tutan telefon danışığında deyib region ölkələrinə, o cümlədən Azərbaycana qarşı hücumların qəbuledilməz olduğunu bildirib.
36
Moldova
Moldovanın xarici işlər naziri Mixay Popşoi Prezident İlham Əliyevlə görüşdə İranın hücumlarını qətiyyətlə qınadıqlarını bildirib.
37
Monteneqro
Monteneqronun XİN bəyanat yayaraq Azərbaycanla həmrəy olduqlarını bildirib.
38
Niderland
Niderlandın XİN rəhbəri Tom Berendsen Ceyhun Bayramova zəng vuraraq İranın hücumlaırnı qınadığını diqqətə çatdırıb.
39
Oman
Oman XİN Azərbaycan ərazilərinin PUA ilə hücuma məruz qalmasından narahatlığını ifadə edən bəyanat yayıb.
40
Pakistan
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Prezident İlham Əliyevlə telefon danışığında İranın Azərbaycana qarşı terror aktlarını qınadığını bildirib.
41
Polşa
Polşanın Azərbaycandakı səfirliyi sosial media hesabında İranın Naxçıvana PUA hücumunu qətiyyətlə pisləyən paylaşım edib.
42
Özbəkistan
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevlə, XİN başçısı Baxtiyor Saidov isə Ceyhun Bayramovla telefon danışığında İranın dron hücumlarını qınayıb.
43
Serbiya
Serbiya XİN İranın Naxçıvana dron hücumunu pisləyib və Azərbaycanın suverenliyinə dəstəyini bildirib.
44
Səudiyyə Ərəbistanı
Səudiyyə Ərəbistanı XİN İranın Azərbaycanı hədəf almasını düşmənçilik kimi dəyərləndirib.
45
Slovakiya
Slovakiya Prezidenti Peter Pelleqrini Prezident İlham Əliyevə məktubunda Naxçıvana hücumu qətiyyətlə pislədiyini bildirib, bu addımı qəbuledilməz adlandırıb.
46
Sloveniya
Sloveniya XİN-in "X" paylaşımında İranın Naxçıvan aeroportuna dron hücumu qətiyyətlə pislənib.
47
Sudan
Sudanın XİN başçısı Muhi Əl-Din Salem Ahmed Ceyhun Bayramovla telefon danışığında İranın hücumlarının narahatlıq doğurduğunu bildirib.
48
Suriya
Suriya XİN "X" hesabında etdiyi paylaşımda İranın dron hücumunu qətiyyətlə pislədiyini bildirib.
49
Türkmənistan
Türkmənistanın xarici işlər naziri Rəşid Meredov Ceyhun Bayramovla telefon danışığında mövcud vəziyyətin narahatlıq doğurduğunu qeyd edib.
50
Türkiyə
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevlə telefon danışığında İranın Naxçıvana hücumunu qınadığını bildirib. Bu ölkənin XİN başçısı Haan Fidan Ceyhun Bayramova zəng edərək hücumların beynəlxalq hüquq normalarına zidd olduğunu qeyd edib.
51
Yunanıstan
Yunanıstanın Bakıdakı səfirliyi İranın PUA ilə endirdiyi zərbələri pisləyib.
52
Ukrayna
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa "Telegram" hesabında İranın Azərbaycana hücumunu pislədiyini yazıb.
53
Avropa İttifaqı
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas İranın Azərbaycanın Naxçıvan bölgəsinə hücumlarını pisləyən bəyanat yayıb.
54
Avropa Şurası
Avropa Şurasının Baş katibi Alen Berse "X" hesabındakı paylaşımında Azərbaycana qarşı dron hücumu gərginliyin azaldılmasının zəruriliyini göstərdiyini qeyd edib.
55
Beynəlxalq Mülki Müdafiə Təşkilatı
Təşkilatın yaydığı bəyanatda Azərbaycanla həmrəylik ifadə olunub.
56
BMT
BMT Baş katibinin sözçüsü Stefan Düjarrik keçirdiyi mətbuat konfransında Baş katib Antonio Quterreşin İranın Azərbaycana həyata keçirdiyi dron hücumlarından narahatlığını diqqətə çatdırıb.
57
GUAM
GUAM İranın Naxçıvana hücumlarını bəyanat yayaraq pisləyib.
58
İslam Əməkdaşlıq Təşkilatı
İƏT-nin "X" sosial şəbəkə hesabında edilən paylaşımda İranın dron hücumları pislənərək bu davranışın narahatlıq yaratdığı qeyd olunub.
59
Türk Dövlətləri Parlament Assambleyası
TÜRKPA Baş katibi Ramil Həsən İranın Naxçıvana hücumlaırnı pisləyən bəynaat yayıb.
60
Türk Dövlətləri Təşkilatı
TDT Baş katibi Kubanıçbek Ömüralıyev bəyanat yayaraq İranın hücumu qınanılıb, Azərbaycanla həmrəylik ifadə olunub.