Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinə sədr müavini təyin edilib

Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinə sədr müavini təyin edilib

05 Avqust 2026

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 4 avqust 2026-cı il tarixli sərəncamına əsasən, Məmmədnağı Asiman oğlu Əkbərov "Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi" publik hüquqi şəxsin İdarə Heyətinin sədr müavini vəzifəsinə təyin olunub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Məmmədnağı Əkbərov bu təyinata qədər Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti İdarəsinin rəisi vəzifəsində çalışıb.

Qeyd edək ki, yeni təyinatla Məmmədnağı Əkbərov fəaliyyətini Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyində İdarə Heyətinin sədr müavini kimi davam etdirəcək.