Xocavənd rayonuna daha 27 ailə yola salınıb

Xocavənd rayonuna daha 27 ailə yola salınıb

05 Avqust 2026

Xocavənd rayonuna ümumilikdə 107 nəfərdən ibarət daha 27 ailə yola salınıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu mərhələdə Xocavənd şəhərinə 20 (81 nəfər), Qırmızı Bazar qəsəbəsinə 2 (9 nəfər), Xocavənd kəndinə isə 5 ailənin (17 nəfər) qayıdışı təmin edilib.

Qeyd edək ki, köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.