Naxçıvanda yol nişanlanması və infrastruktur işləri davam edir
AYNA-nın Naxçıvan Regional İdarəsi tərəfindən muxtar respublikada yol hərəkətinin təhlükəsizliyinin artırılması istiqamətində işlər davam etdirilir.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan şəhərinin əsas prospekt və küçələrində, həmçinin M-8 və Naxçıvan-Sədərək magistralının 22 kilometrlik hissəsində müasir standartlara uyğun üfüqi nişanlanma xətləri çəkilib. Naxçıvan-Culfa-Ordubad magistralında isə bu istiqamətdə işlər davam etdirilir.
Bundan əlavə, Naxçıvan şəhərində 9 marşrut xətti üzrə bütün avtobus dayanacaqlarında və Naxçıvan-Culfa-Ordubad magistralında yeni yol nişanlarının quraşdırılması nəzərdə tutulur.








