Naxçıvanda sabah küləkli hava gözlənilir
Sabah bəzi bölgələrdə güclü külək əsəcək.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti sarı xəbərdarlıq yayıb.
Qeyd olunub ki, Bakıda və Abşeron yarımadasında sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi, Naxçıvan MR, Goranboy, Daşkəsən, Naftalan, Qobustan, Qusar, Xaçmaz, Siyəzən, Şabran, Xızı, Yevlax, Bərdə, Mingəçevir, Cəlilabad, Biləsuvar, Neftçala, Salyan, Hacıqabulda isə sarı xəbərdarlığa uyğun olaraq cənub-şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.








