
Naxçıvan məktəblisi müsabiqədənkənar ADA Universitetinə qəbul olub - FOTO
Respublika Fənn Olimpiadasında riyaziyyat fənni üzrə ııı yerin qalibi olan Naxçıvan şəhər Afiyyəddin Cəliov adına 12 nömrəli tam orta məktəbin məzunu Oruc Heydərov ADA Universitetinin tədrisi ingilis dilində olan kompüter elmləri ixtisasına müsabiqədənkənar qəbul olub.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Oruc Heydərov Dövlət İmtahan Mərkəzi tərəfindən XI siniflər üzrə keçirilən buraxılış imtahanında 281,2, qəbul imtahanında isə 384.5 olmaqla ümumilikdə 665.7 bal toplamışdır.
Oruc Heydərovu təbrik edir, ona təhsilində uğurlar arzulayırıq!
Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların siyahısı və onların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Qaydası”na əsasən beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri istənilən (dövlət və özəl) ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul oluna bilirlər.
