Naxçıvanda 30 mənzilin əsaslı təmiri və avadanlıqla təminatı həyata keçiriləcək

Naxçıvanda 30 mənzilin əsaslı təmiri və avadanlıqla təminatı həyata keçiriləcək

13 Oktyabr 2025

Naxçıvan şəhərində yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində növbəti layihə icra olunur. Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən Babək məhəlləsi 25 və Nizami Tusi küçəsində yerləşən 30 mənzilin əsaslı təmiri və zəruri avadanlıqlarla təmin edilməsi məqsədilə tender elan edilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" bu barədə dövlət satınalmalarının həyata keçirildiyi vahid internet portalına istinadən xəbər verir.

Layihə çərçivəsində təmir işlərinin yüksək keyfiyyətlə aparılması, mənzillərin müasir tələblərə cavab verən avadanlıqlarla təchiz edilməsi nəzərdə tutulur.