Əlilliyi olan 103 min şəxsə reabilitasiya xidmətləri göstərilib

Əlilliyi olan 103 min şəxsə reabilitasiya xidmətləri göstərilib

12 Oktyabr 2025

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bu ilin yanvar-sentyabr aylarında əlilliyi olan 103 min şəxsi reabilitasiya xidmətləri ilə təmin edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata görə, onlardan 57,3 mininə ambulator, 24,2 mininə stasionar və icma əsaslı, digərlərinə səyyar və onlayn formada, sosial-psixoloji, ippoterapiya istiqamətləri üzrə reabilitasiya xidmətləri göstərilib.

Son illər agentliyin reabilitasiya müəssisələrində ənənəvi üsullarla yanaşı, qabaqcıl dünya təcrübəsinə uyğun reabilitasiya metodları (robotik, sosial-psixoloji reabilitasiya, yoqa, rəqs terapiyası, hippoterapiya və s.) də tətbiq edilir.

Habelə əlilliyi olan şəxslərə stasionar və ambulator xidmətlərlə yanaşı, icma əsaslı, telereabilitasiya, səyyar formalarda da reabilitasiya xidmətləri göstərilir.