
Naxçıvan Dövlət Kukla Teatrında ilk dəfə iki monotamaşanın premyerası keçirilib - FOTO
Naxçıvan Dövlət Kukla Teatrında iki monotamaşa — “Balaca Şahzadə” və “Məhv Olmuş Gəncliyim” tamaşaçılara təqdim olunub.
Teatrın direktoru Səyyad Məmmədov bildirib ki, "İlk addım" monotamaşa layihəsi Naxçıvan Dövlət Kukla Teatrında monotamaşa janrının inkişafı üçün başlanğıc addımıdır və gələcəkdə davam etdiriləcək.Bu premyera teatrın yaradıcılıq istiqamətində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Teatr yalnız uşaqlar üçün deil artıq gənclər üçün də yeni tamaşalar hazırlayaraq repertuar planını zənginləşdirir.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, səhnədə bir aktyorun ifasında təqdim edilən hər iki monotamaşa dərin məzmunu və emosional təsiri ilə seçilib. “Balaca Şahzadə” saf duyğular və mənəvi dəyərləri, “Məhv Olmuş Gəncliyim” isə həyatın reallıqları və gənclik axtarışlarını əks etdirib.
Hər iki tamaşa izləyicilər tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.