
Naxçıvanda açıq hava idman qurğularının sayı artırılır
Dövlət proqramı çərçivəsində sadə tipli açıq hava idman qurğularının yaradılması prosesi də davam etdirilir. Ötən il Naxçıvan şəhərinin müxtəlif ərazilərində 8 belə qurğu əhalinin istifadəsinə verilib.
Bu fikirləri "NAXÇIVANXƏBƏRLƏRİ"-nə müsahibəsində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşı Emil Səmədov bildirib.
Emil Səmədovun sözlərinə görə, 2025–2027-ci illəri əhatə edən Təfsilatlı Tədbirlər Planına əsasən, artıq muxtar respublikanın şəhər və qəsəbələrində yeni açıq hava idman qurğularının tikintisinə başlanılıb:
“İşlərə Şahbuz şəhərində start verilib. İlkin inşaat işləri həyata keçirilir. Bu ilin sonunadək 7-si şəhərlərdə, 4-ü qəsəbələrdə olmaqla ümumilikdə 11 yerdə açıq hava idman qurğularının istifadəyə verilməsi nəzərdə tutulur”.
Nazirlik rəsmisi əlavə edib ki, bu layihələr muxtar respublikada idman mühitinə əlavə dəyər qatacaq, əhalinin sağlam həyat tərzinə marağını artıracaq və gənclərin fiziki hazırlığının yüksəlməsinə mühüm töhfə verəcək.
Müsahibəni hazırladı:
Nəzrin Abbaslı