Naxçıvanda bayram günlərində təcili yardıma 1005 müraciət olub

Naxçıvanda bayram günlərində təcili yardıma 1005 müraciət olub

02 İyun 2026

Naxçıvanda bayram günlərində təcili yardıma 1005 müraciət olub.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, çağırışlardan ikisi zəhərlənmə faktı ilə bağlıdır.

Belə ki, mayın 28-də Naxçıvan şəhərində dərman, mayın 29-da isə Şahbuz rayonunda qida zəhərlənməsi hadisəsi baş verib. Hər iki şəxsə vaxtında və zəruri tibbi yardım göstərilib.

Bundan başqa, ümumilikdə, 150 nəfər müxtəlif tibb müəssisələrinə çatdırılıb.