Naxçıvanda daşınmaz əmlakla bağlı elektron müraciətlərin sayı 2 dəfədən çox artıb

Naxçıvanda daşınmaz əmlakla bağlı elektron müraciətlərin sayı 2 dəfədən çox artıb

11 Mart 2025

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən daşınmaz əmlakla bağlı xidmətlərin elektronlaşdırılması və vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində tədbirlər davam etdirilib.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən,  2025-ci ilin 2 ayında vətəndaşlardan sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərdən Xidmətə 1353 elektron müraciət daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur.