
Naxçıvanda informasiya və rabitə xidmətlərinin ümumi dəyəri 17 %-ə yaxın artıb
Bu ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasında informasiya və rabitə xidmətlərinin ümumi dəyəri 16,5 milyon manat təşkil edib.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,8 % çoxdur.
5 ay ərzində informasiya və rabitə xidmətlərinin 46,8 %-i mobil telefon rabitəsi sahəsində formalaşıb.